Millimiz ilk qələbəsini qazandı

Millimiz ilk qələbəsini qazandı
  29 Mart 2015    Oxunub:1993
Bu gün “Avro-2016”nın seçmə mərhələsinin H qrupunda V turun oyunları keçirilib.

Azərbaycan milli komandası da növbəti matçına çıxıb. Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız doğma meydanda Malta ilə qarşılaşıb. Görüşdə millimiz rəqibini 2:0 hesab ilə məğlub edib. Bununla da milli komandamız "Avro-2016"nın seçmə mərhələsində ilk qələbəsini qazanıb.

Qeyd edək ki, Malta üzərində qələbə ilə millimiz turnir cədvəlində sonuncu pillədən qurtulub və dördüncü pilləyə yüksəlib.


Teqlər:  





Xəbər lenti