Dollar kəskin ucuzlaşacaq

Dollar kəskin ucuzlaşacaq
  28 Mart 2015    Oxunub:3905
"Yəməndə baş verən hərbi proseslər fonunda dollar yenidən ucuzlaşa bilər".
Bu barədə "SERİX Kepital İdarəetmə" şirkətinin mütəxəssisi Andrey Vernikov söyləyib.

Mütəxəssis bildirir ki, geosiyasi gərginliyin artması nəticəsində neftin və neft şirkətlərinin səhmlərinin qiyməti artmağa başlayıb. Andrey Vernikov hesab edir ki, yaxın gələcəkdə Rusiya rublu dollara qarşı möhkəmlənəcək.

"Rusiya valyutasının bahalaşması əhali tərəfindən mübadilə əməliyyatlarına marağın artmasına gətirib çıxaracaq. İnsanlar ötən aylarda aldığı xarici valyutaları birazdan satmağa başlayacaq. Geosiyasi risklərin artması fonunda neftin qiyməti 60 dollara yaxınlaşıb. Liviyada və Yaxın Şərqdə vəsiyyət pisləşəcəyi təqdirdə isə neftin bir barrelinin qiyməti hətta 70 dollara çata bilər", - deyə mütəxəssis bildirib.

Mütəxəssisin fikrincə, rus rublu dollar qarşısında möhkəmlənməyə davam edəcək. A. Vernikov güman edir ki, 1 dollar 50 rubla qədər ucuzlaşacaq.(anspress)

AzVision.az


Teqlər:





Xəbər lenti