Bu günün havası - proqnoz

Bu günün havası - proqnoz
  28 Mart 2015    Oxunub:1183
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVİsion.az-a verilən məlumata görə, gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində zəif duman olacaq, cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 10-15 dərəcə olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi şimal və şərq rayonlarında yağıntılı olma ehtimalı var. Mülayim-şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 3-8, gündüz 11-16 dərəcə isti, bəzi yerlərdə 18 dərəcəyədək, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti