Ağır qəza: Bir qardaş öldü, biri yaralandı

Ağır qəza: Bir qardaş öldü, biri yaralandı
  28 Mart 2015    Oxunub:2133
Şirvan şəhərində baş verən yol qəzasında iki qardaşdan biri ölüb.
AzVision.az xəbər verir ki, Şirvan polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, ötən gecə saat 22.15 radələrində Şirvan şəhəri H.Əliyev prospektində ağır yol qəzası baş verib.

Şirvan sakini, 1985-ci il təvəllüdlü Şirməmmədov Məhəbbət Şamil oğlu idarə etdiyi "VAZ 21013" markalı "18 BA 313" dövlət nömrə nişanlı avtomobillə digər Şirvan sakini, 1976-cı il təvəllüdlü Hümbətov Rafiq Nurbaba oğlunun idarə etdiyi "Ford Tranzit" markalı "90 GA 161" dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə "VAZ 21013" markalı avtomobilin sürücüsü və avtomobildə olan qardaşı -1990-cı il təvəllüdlü Şirməmmədov Cəmil Şamil oğlu hər ikisi ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Sürücü aldığı bədən xəsarətlərindən bu gün səhər saatlarında dünyasını dəyişib. İkincinin vəziyyəti ağır olduğundan Bakı şəhəri neyrocərrahiyyə mərkəzinə aparılıb. Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti