Deputat dəhşətli qəza barədə məlumat yaydı

Deputat dəhşətli qəza barədə məlumat yaydı
  27 Mart 2015    Oxunub:2431
Mingəçevirdə baş vermiş yol qəzasında yaralanan 12 nəfərdən 9-u evə buraxılıb.
Bu barədə deputat Aydın Mirzəzadə facebook səhifəsində xəbər yayıb. Millət vəkili qalan 3 nəfər yaralının müalicəsini xəstəxanada davam etdirdiyini qeyd edib.

"Mingəçevir mərkəzi şəhər xəstəxanasının baş həkimin müavini İlham həkim Mayılovla telefonla danışdım.

25 mart tarixində Mingəçevirdə baş verən ağır avtomobil qəzasından sonrakı xəstəxanada müalicə olan həmyerlilərimlə maraqlandım. İlk gün xəstəxanaya daxil olmuş 12 nəfərdən artıq 9 nəfəri evə buraxılıb. Qalan 3 nəfər palatada müalicə alırlar, vəziyyətləri yaxşıdır, həyatları üçün heç bir qorxu yoxdur.

Şəhərdə kollektivlərin və tək-tək insanların öz təşəbbüsləri ilə yaralanmış şəxslərin evlərinə gedərək yardım etmələri barədə xəbərlər eşidirəm", - deyə deputat bildirib.


Teqlər:





Xəbər lenti