Prezident MTN əməkdaşlarına yüksək rütbə verdi- Sərəncam

Prezident MTN əməkdaşlarına yüksək rütbə verdi- Sərəncam
  27 Mart 2015    Oxunub:3100
Azərbaycan prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az-ın məlumatına görə, MTN-nin aşağıdakı əməkdaşlarına ali hərbi rütbələr verilib:

General-leytenant ali hərbi rütbəsi

general-mayor Vəli Məmiş oğlu Ələsgərova
general-mayor Elçin Ərsalan oğlu Əliyevə
general-mayor Fərhad Hüseyn oğlu Vahabova

General-mayor ali hərbi rütbəsi

polkovnik Vüqar Zülfüqar oğlu Allahquliyevə.

Dövlət başçısının digər sərəncamı ilə İqor Leonidoviç Kərimova Milli Təhlükəsizlik Nazirliyində mühəndis fəaliyyəti sahəsində xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adı verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti