Ərdoğan İranı sərt tənqid etdi - VİDEO

Ərdoğan İranı sərt tənqid etdi - VİDEO
  27 Mart 2015    Oxunub:1956
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Yəmən və İraqdakı fəaliyyətini tənqid edib.
AzVision.az-ın ANS TV-yə istinadən verdiyi xəbər verir ki, Ərdoğan qeyd edib ki, İran rəhbərliyi regionda hökmranlıq etməyə çalışır. O bildirib ki, İranın bu siyasəti qəbuledilməzdir.

“Yəmən daxildən parçalanmağa doğru gedir. Biz Yəmən xalqının hamısına qardaş münasibəti bəsləyirik. Qardaşlarımızın hüquqları üzərində hər halda düşüncələrimizi ifadə etməliyik. Hələlik Yəmənə hərbi dəstək olmaq barədə bir söz demək istəmirəm. Bu doğru olmazdı. Lakin nəqliyat, təchizat və kəşfiyyat məsələlərində dəstək verməyə hazır olduğumuzu açıqladım.

İndiyə qədər Yəməndə baş verən hadisələr artıq səbr kasalarını daşırmağa başlamışdı. İranın açıqlaması təbiidir. İstənilən halda, İran İraq və Suriyadakı proseslərdə də özünü göstərib”, -deyə Ərdoğan bildirib.



AzVision.az


Teqlər:  





Xəbər lenti