`Ermənilər Azərbaycan torpaqlarından çıxmalıdır` - Çavuşoğlu

`Ermənilər Azərbaycan torpaqlarından çıxmalıdır` - Çavuşoğlu
  27 Mart 2015    Oxunub:2138
`Ermənistanla əlaqələrimizin normallaşması üçün bu ölkənin Azərbaycan torpaqlarından çəkilməsi lazımdır`.

AzVision.az NTV kanalına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu deyib.

O, 1915-ci il hadisələrinə də toxunub: "ABŞ-ın mövqeyində dəyişikliyin olmayacağına ümidvaram. Bu məsələdə ABŞ-ın mövqeyi dəyişərsə, o zaman əlaqələrimizə zərər dəyər. Hamımız barış, sülh və dostluq mesajı verməliyik. Ermənistanla əlaqələrimizin normallaşması üçün bu ölkənin Azərbaycan torpaqlarından çıxması lazımdır. Ermənistan isə işğalı davam etdirir. Onların İranla da aşağı-yuxarı əlaqəsi var, bizimlə də vəziyyəti bəllidir. Ermənistan bəlli qonşu dövlətlərlə olan əlaqələrinin vəziyyəti barədə də düşünməlidir. Bu ölkə hər zaman hadisələrə birtərəfli, bir gözlə baxır".

AzVision.az


Teqlər:  





Xəbər lenti