Kiyevdə atışma - yaralananlar var - VİDEO

Kiyevdə atışma - yaralananlar var - VİDEO
  27 Mart 2015    Oxunub:1884
Ukrayna paytaxtı Kiyevdə azərbaycanlılardan ibarət silahlı dəstə ilə yerli silahlı dəstə arasında atışma olub.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev bildirib ki, hadisə ötən gün yerli vaxtla saat 13:00 radələrində baş verib.

Hadisə zamanı yerli dəstənin üzvlərindən 3 nəfər yaralanıb. Onlar hazırda xəstəxanadadırlar.

Hadisə zamanı yaxınlıqdakı milis patrul xidmətinin müdaxiləsi nəticəsində qaçan azərbaycanlıları mərkəzi “Bessarabski” bazarı yaxınlığında saxlamaq mümkün olub. Onlar saxlanılan zaman milisə müqavimət göstəriblər. Azərbaycanlılara məxsus avtomobildən külli miqdarda silah-sursat aşkar olunub.

R. Tağıyev onu da bildirib ki, yaxın saatlarda Kiyev şəhər milisi saxlanılan azərbaycanlıların kimliyi və hadisənin təfərrüatı ilə bağlı ətraflı məlumat verəcək.(Apa)





Teqlər:  





Xəbər lenti