Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı
  27 Mart 2015    Oxunub:1569
Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 2,99 dollar, yaxud 5,21% bahalaşıb.
Bu barədə AzVision.az-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 60,37 dollara bərabərdir.

Xatırladaq ki, ötən həftənin sonunda bu rəqəm 54,24 dollar/barel, dünən isə 57,38 dollar/barel olub.

AzVision.az


Teqlər:





Xəbər lenti