Qubada ev yanıb

Qubada ev yanıb
  27 Mart 2015    Oxunub:1696
Quba rayonunda yanğın baş verib.
Fəvqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hadisə Xucbala kəndində qeydə alınıb.

Kənddə vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli mansard tipli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə, 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə və mansardın yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti