Tovuzda güclü partlayış

Tovuzda güclü partlayış
  27 Mart 2015    Oxunub:2228
Tovuzda fərdi yaşayış evində partlayış baş verib.
Hadisə ötən axşam rayonun Ermənistanla sərhəddə yerləşən Əlibəyli kəndində Şirinovlar ailəsinə məxsus evdə qeydə alınıb.

Ev sahibi, 1964-cü il təvəllüdlü Atlaz Mehvalı qızı Şirinova meşədən qış üçün tədarük edilən odunu evə gətirib. Odunun içində partlamamış güllə olub. Odun sobaya atılan zaman güclü partlayış baş verib. Nəticədə qadın müxtəlif bədən xəsarətləri alıb. Partlayış zamanı A. Şirinovanın həyat yoldaşı, 1960-cı il təvəllüdlü Vahid Tapdıq oğlu Şirinov da qəlpə yarası alıb.

Yaralılar dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.(Apa)




Teqlər:





Xəbər lenti