Qadın güləşçimiz Polşada `meydan sulayır`

Qadın güləşçimiz Polşada `meydan sulayır`
  26 Mart 2015    Oxunub:2759
Polşanın Valbrzix şəhərində güləş üzrə keçirilən U-23 Avropa çempionatında (AÇ-2015) bu gün qadın güləşçilər mübarizəyə qoşulub.
Azərbaycan Güləş Federasiyasından (AGF) AzVision.az-a verilən məlumata görə, Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır.

Çempionatın üçüncü günündə 48, 55, və 69 kq çəki dərəcələrində qadın güləşçilərimiz mübarizəyə qoşulub. İlk görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayıb. Yığmamız 3 çəki dərəcəsində təmsil olunub. Mübarizəyə qoşulan 3 xanım güləşçidən yalnız Alyona Kolesnik növbəti mərhələyə keçə bilib.

48 kq

1/8 final - Nadejda Fedorova (RUS) - Patimat Baqomedova 10:0

55 kq

1/8 final - Alyona Kolesnik - Anastasiya Krasnova (EST) 2:0 (təmiz qələbə)
1/4 final - Natali Rieser (SUI) - Alyona Kolesnik 0:11
1/2 final - Alyona Kolesnik - Zalina Sidakova (BLR) 8:4
FİNAL - Evelina Nikolova (BUL) - Alyona Kolesnik

69 kq

1/8 final - Martina Kuenz (AUT) - Elis Monolova 8:4

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti