Avropa İttifaqından Qarabağla bağlı çağırış

Avropa İttifaqından Qarabağla bağlı çağırış
  26 Mart 2015    Oxunub:1914
Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi artıran və sülh prosesinə ziyan vuran hərəkətlərdən və bəyanatlardan çəkinməyə çağırır.

Bu barədə Avropa Qonşuluq Siyasətinın Azərbaycanda tətbiqi ilə bağlı hesabatda deyilir.

Münaqişə tərəfləri arasında atəşkəs razılaşmasının əldə olunmasından 20 il ötdüyü qeyd olunan hesabatda bildirilir ki, 1994-cü ildən bəri ən çox itkilərlə baş verən hadisələr təhlükəsizliklə bağlı ciddi narahatlıqlar doğurur.

Hesabatda həmçinin qeyd olunur ki, Aİ, ATƏT Minsk qrupunun münaqişənin tənzimlənməsi üzrə fəaliyyətinə tam dəstəyini davam etdirib.(Trend)


Teqlər:  





Xəbər lenti