Rəsmi Bakıdan 150 nəfərin öldüyü qəza ilə bağlı AÇIQLAMA

Rəsmi Bakıdan 150 nəfərin öldüyü qəza ilə bağlı AÇIQLAMA
  25 Mart 2015    Oxunub:2361
Fransada qəzaya uğrayan "Airbus A320" sərnişin təyyarəsində azərbaycanlı olmayıb.

AzVision.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, Almaniya Xarici İşlər Nazirliyindən Azərbaycanın Almaniyadakı səfirliyinə verilən məlumata görə, qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşı uçmayıb: “Amma araşdırmalar davam etdirilir”.

Xatırladaq ki, martın 24-də gündüz saatlarında “Germanwings” şirkətinə məxsus "Airbus A320" təyyarəsi Barselonadan Düsseldorfa uçarkən Fransanın cənub-şərqində qəzaya uğrayıb.

Son məlumata əsasən aviaqəzada 150 nəfər ölüb. Sərnişinlər arasında Almaniya, İspaniya, Qazaxıstan, Argentina, ABŞ, Kolumbiya, Meksika, Belçika, Mərakeş, Avstraliya, Danimarka və Yaponiya vətəndaşları olub.


Teqlər:  





Xəbər lenti