ABŞ İlham Əliyevin əfv sərəncamını alqışladı

ABŞ İlham Əliyevin əfv sərəncamını alqışladı
  20 Mart 2015    Oxunub:2235
ABŞ Azərbaycan Prezidenti İlham Əliyevin əfv haqqında sərəncamını alqışlayır.

AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki bildirib.

Psaki vurğulayıb ki, azad edilənlərdən dördü Azərbaycanın qeyri-hökumət təşkilatlarının üzvləridir.

Qeyd edək ki, martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev 101 nəfərin əfv olunması haqqında sərəncam imzalayıb.

Azadlıqdan məhrum edilmiş 90 nəfər cəzasının qalmış hissəsindən, dörd nəfər islah işləri cəzasından, yeddi nəfər isə cərimə cəzasından azad edilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti