Rasim Musabəyova nə sualın var? – SAYTIN QONAĞI

Rasim Musabəyova nə sualın var? – SAYTIN QONAĞI
  17 Mart 2015    Oxunub:7708
AzVision.az saytı oxucularına rəsmi şəxslərə, tanınmış insanlara suallar ünvanlamaq imkanı yaradır.

Saytımızın növbəti qonağı Milli Məclisin deputatı, siyasi ekspert Rasim Musabəyovdur.

Rasim Musabəyova sualı olanlar onu aşağıda, şərh bölümündə yaza bilərlər.

Rasim Musabəyov 1951-ci ildə Bakı şəhərində anadan olub.
1976-cı ildən 1982-ci ilə qədər Moskvada ÜLKGİ MK-nin aparatında işləyib.
1982-1985 illərdə Moskvada aspiranturada oxuyub və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
1989-cu ildə Azərbaycana qayıdaraq, əvvəlcə Bakı Ali Partiya məktəbində sosiologiya laboratoriyasına rəhbərlik edib, 1990-1991-ci illərdə isə Kommunist partiyası Bakı Komitəsinin ideoloji şöbəsinin müdiri işləyib.
1991-1992-ci illərdə Azərbaycan Respublikası Prezident aparatında millətlərarası münasibətlər üzrə müşavir işləyib.
1995-2005-ci illərdə Müsavat partiyasının rəhbərliyinin tərkibində olub.
2006-2010 cı illərdə Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun İdarə Heyətinin üzvü olub.
2010-cu ildə millət vəkili seçilib.



Teqlər:  





Xəbər lenti