Obama Azərbaycan mahnısı dinlədi - VİDEO

Obama Azərbaycan mahnısı dinlədi - VİDEO
  12 Mart 2015    Oxunub:17999
ABŞ-ın prezident iqamətgahında Novruz bayramı qeyd edilib.

AzVision.az xəbər verir ki, prezident Barak Obamanın həyat yoldaşı Mişel Obamanın Ağ Evdə təşkil etdiyi tədbirdə Novruz bayramını qeyd edən ölkələrin nümayəndələri iştirak ediblər.

Folklor qrupunun rəqslərinin yer aldığı tədbirdə xüsusi Novruz menyusu təqdim olunub.

Mişel Obama çıxışında qeyd edib ki, Ağ Ev müxtəlif mədəniyyətləri əks etdirmək istəyir və Novruz bayramı da bunun bir hissəsidir.

O vurğulayıb ki, Novruz bayramını qeyd etməkdən çox məmnundur.

Mərasimdə Azərbaycanın qədim oyun havası olan “Nəlbəki” rəqsi səsləndirilib.











Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti