İntihara cəhdlə bağlı rəsmi açıqlama

İntihara cəhdlə bağlı rəsmi açıqlama
  05 Mart 2015    Oxunub:1241
Fövqəladə Hallar Nazirliyi Bakıda qeydə alınan intihara cəhdlə bağlı rəsmi məlumat yayıb.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş ticarət mərkəzinin damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirir.

Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırmaq mümkün olmadığından əlverişli şəraitdən istifadə edərək vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 13:45-də başa çatıb.


Teqlər:





Xəbər lenti