Rəmişin qardaşının evi yandı

Rəmişin qardaşının evi yandı
  04 Mart 2015    Oxunub:2465
Martın 3-də axşam saatlarında Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzilin 2 otağı, dəhlizi və hamamın yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən binadan 15 nəfər sakin təhlükəsiz yerə təxliyyə olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

AzVision.az APA-ya istinadən xəbər verir ki, yanğın baş verən mənzilin sahibi Vaqif Hüseynov tanınmış gitaraçı, Xalq artisti Rəmiş Hüseynovun qardaşıdır.



Teqlər:  





Xəbər lenti