Müəllimlərin attestasiyası keçirilir
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, "Azərbaycan dili və ədəbiyyat" fənn üzrə keçirilən ilk attestasiya imtahanında muxtar respublika üzrə 996 müəllim iştirak edib.
İmtahanlar Naxçıvan şəhəri də daxil olmaqla, muxtar respublikanın bütün şəhər, rayon mərkəzlərində və qəsəbələrində təşkil edilib. İki saat müddətində yazılı test formasında keçirilən attestasiyada müəllimlərə 40-ı ixtisas, 25-i metodika və 15-i informasiya-kommunikasiya texnologiyaları sahələri üzrə olmaqla, 80 sual təqdim olunub.
Teqlər: