Otellərə ulduz paylanıldı - SİYAHI

Otellərə ulduz paylanıldı - SİYAHI
  03 Mart 2015    Oxunub:2255
Azərbaycandakı turizm şirkətlərinin sayı 277-yə, ulduz alan mehmanxanaların sayı isə 73-ə çatıb.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, fevral ayı ərzində Bakı şəhəri və Qusar rayonunda fəaliyyət göstərən 7 mehmanxanaya dərəcə sertifikatları verilib.

Bakı şəhərindəki 2 mehmanxanaya 4 ulduz, 1 mehmanxanaya 3 ulduz, Qusardakı "Shahdag Hotel&SPA" mehmanxanasına 5 ulduz, "Pik Palace" mehmanxanasına 5 ulduz, "Park Chalet" mehmanxanasına 5 ulduz, "Zirvə Hotel" istirahət mərkəzinə 4 ulduz verilib.

Bununla da respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 73-ə çatıb.

Bu ilin yanvar-fevral ayları ərzində 12 turizm şirkətinə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.

Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 277-yə çatıb.

Bu ilin yanvar-fevral aylarında 16 mehmanxanaya lisenziya verilib. Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 318-ə çatıb.


Teqlər:





Xəbər lenti