Qazaxdakı dəhşətli qətllə bağlı RƏSMİ AÇIQLAMA

Qazaxdakı dəhşətli qətllə bağlı RƏSMİ AÇIQLAMA
  02 Mart 2015    Oxunub:1932
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Qazaxda baş verən qətllə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a daxil olan birgə məlumata görə, Qazax rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də rayon sakini, 1986-cı il təvəllüdlü Abdullayeva Aynurə Xanqulu qızını qətlə yetirmiş şəxs tutularaq istintaqa cəlb edilib.

Həmin tarixdə saat 16:00 radələrində A.Abdullayevanın yaşadığı evdə odlu silahla yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Rayon hüquq-mühafizə orqanları tərəfindən aparılmış tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Qazax rayon sakini, 1968-ci il təvəllüdlü Veyisov Məcid Haqverdi oğlu tutulub.

İstintaq zamanı H.Veyisovun qeyd edilən tarixdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu A.Abdullayevanı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə sonuncuya bir dəfə atəş açaraq qəsdən öldürdüyü müəyyən edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Teqlər:





Xəbər lenti