Kim Çen İn ABŞ-ı raketlə hədələdi

Kim Çen İn ABŞ-ı raketlə hədələdi
  02 Mart 2015    Oxunub:1238
Şimali Koreya lideri Kim Çen In əsas rəqibləri olan Cənubi Koreya və ABŞ-ın birgə keçirdiyi hərbi təlimlərdən hiddətlənib.
AzVision.az xəbər verir ki, Kim Çen In rəqiblərinin təliminə cavab olaraq iki ədəd qısa mənzilli ballistik raket atıb.

Ölkənin cənubundakı Namfo limanından şərq istiqamətində atılan raketlər sahildən 490 kilometr uzaqlıqda dənizə düşüb.

“Wall Street Journal” qəzeti koreyalı liderin bu addımı açıq-aydın etiraz kimi qiymətləndirib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti