Lavrov və Kerri Ukrayanı müzakirə edir

Lavrov və Kerri Ukrayanı müzakirə edir
  02 Mart 2015    Oxunub:1536
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri İsveçrənin Cenevrə şəhərində bir araya gəliblər.
AzVision.az RİA Novosti informasiya agentliyinə istinadən xəbər verir ki, görüşün əsas mövzusu Ukraynadakı vəziyyət, Minsk razılaşmalarına əməl edilməsi olsa da, tərəflər, həmçinin Yaxın Şərqdə və Şimali Afrikadakı vəziyyət, İranın nüvə problemi ətrafında danışıqlarla bağlı da müzakirələr aparacaqlar.

“President Wilson” otelində başlayan görüş bağlı qapılar arxasında keçirilir.

Qeyd edək ki, bu, ABŞ və Rusiyanın xarici siyasət idarələrinin başçılarının bu il keçirilən ikinci görüşüdür. Keçən il isə Sergey Lavrov və Con Kerri arasında 15 dəfədən çox görüş olmuşdu.



Teqlər:  





Xəbər lenti