“Semiçka” oğruları tutuldu

“Semiçka” oğruları tutuldu
  02 Mart 2015    Oxunub:1747
Sumqayıtda xeyli miqdarda günəbaxan tumu oğurlayan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumatına görə, şəhər polis idarəsi və 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də "Patron" tum şirkətinə məxsus "Ford" markalı avtomobildən 80 qutu tum oğurlamış Corat qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Namiq Dadaşov, Qurban Yusifov və Teymur Fərəcov tutulub.

Araşdırmalar davam etdirilir.


Teqlər:  





Xəbər lenti