Prezidentin köməkçisindən Ermənistana etiraz

Prezidentin köməkçisindən Ermənistana etiraz
  02 Mart 2015    Oxunub:1645
“Dağlıq Qarabağda həyata keçirilən istənilən birtərəfli addım, siyasi, sosial aksiya Azərbaycan tərəfindən müvafiq münasibətlə qarşılaşacaq”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mayın 3-də qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçiriləcək qondarma “parlament seçkiləri”nə münasibət bildirərkən deyib.

Ə.Həsənov qeyd edib ki, Ermənistan dövləti bu əraziləri işğal edib. Onun bu ərazilərdə həyata keçirdiyi hər hansı tədbir işğalçı dövlətin başqa dövlətin ərazisində həyata keçirdiyi tədbir kimi dəyərləndiriləcək.

Əli Həsənov Ermənistanın girovlarla bağlı tutduğu mövqeyə münasibət bildirib:

“Çox təəssüf edirik ki, Ermənistan qeyri-konstruktiv mövqeyini, beynəlxalq hüquq normalarına meydan oxumağı davam etdirir. Faktiki olaraq beynəlxalq hüquq normalarının bütün prinsiplərini pozur və açıq-aşkar bu mövqeyini dünyaya çatdırır”.

Ə. Həsənov qeyd edib ki, dünyada ikili standartların hökm sürdüyü belə bir zamanda Ermənistanın bu addımları cavabsız qalır: “Amma biz Azərbaycan dövləti olaraq Ermənistanı, o cümlədən onun söykəndiyi, arxalandığı bəzi dairələri xəbərdar edirik ki, bu tipli bəyanatlarla, bu tipli təfəkkürlə, siyasi dünyagörüşü ilə dövlət qurmaq, idarə etmək olmaz. Əgər sözün həqiqi mənasında beynəlxalq hüquq normalarına azca da hörmətlə yanaşırlarsa, heç olmasa öz xalqlarının maraqlarını nəzərə alsınlar. Erməni xalqını öz ekstremist fəaliyyətinin girovuna çevirib, qonşulara ərazi iddiaları üzərində meydan oxumaq bu dövlətin gələcəyini şübhə altına qoyur, sual altına alır”.




Teqlər:  





Xəbər lenti