Rus deputat Azərbaycanı Avropadan üstün tutdu

Rus deputat Azərbaycanı Avropadan üstün tutdu
  02 Mart 2015    Oxunub:2656
Rusiyada Avropa ərzaq məhsullarının idxalına qoyulan qadağa fonunda bu məhsulların defisitini Azərbaycan aradan qaldıra bilər.

AzVision.az-ın “Rosbalt”a istinadən verdiyi məlumata görə, bu barədə açıqlamasında Rusiya Dövlət Dumasının deputatı, Dumanının maliyyə bazarı üzrə komitəsinin sədrinin müavini Dmitriy Savelyev bildirib.

“Avropadan Rusiyaya ərzaq məhsullarının idxalına qoyulan qadağa bu ölkələrə 5-6 milyard avro zərər vurub. Azərbaycan bu ərzaq idxalının əhəmiyyətli hissəsini kompensasiya edə bilər. Rusiya istehlakçısı üçün “qiymət-keyfiyyət” münasibətində Azərbaycan tərəvəz və meyvələrinin tayı bərabəri yoxdur. Şübhəsiz ki, Azərbaycandan gətirilən məhsullar öz dadı və ekoloji keyfiyyətinə görə, Asiyada kimyəvi preparatlarla yetişdirilən və ya Avropada qeyri təbii yolla becərilən analoji məhsulları üstələyir”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti