Füzuli Ələkbərov aksiyaya görə nazirliyə çağırıldı - ÖZƏL

Füzuli Ələkbərov aksiyaya görə nazirliyə çağırıldı - ÖZƏL
  02 Mart 2015    Oxunub:10574
Gənclər və idman naziri Azad Rəhimov bu gün əmək haqlarının verilməməsinə etiraz edən cüdoçularla görüş keçirəcək.

Cüdo Federasiyasından AzVision.az-a daxil olan məlumata görə, günorta saatlarında baş tutacaq görüşdə federasiya prezidenti, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da iştirak edəcək.

Bildirilib ki, görüş zamanı nazir cüdoçuların şikayətlərini dinləyəcək.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın bir qrup cüdoçusu milli komandaların təlim-məşq bazası ("Neftçi"nin keçmiş bazası) qarşısında etiraz aksiyası keçirib.

Etirazçılar bildiriblər ki, artıq ilyarımdır əmək haqlarının verilməsində gecikmə halları müşahidə olunur. Maliyyə problemləri üzündən təlim-məşq toplanışları lazımi səviyyədə təşkil olunmur, kifayət qədər yarışda iştirak edə bilmirlər.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti