Milli Məclis martın 6-da toplanacaq

Milli Məclis martın 6-da toplanacaq
  02 Mart 2015    Oxunub:1534
Azərbaycan Milli Məclisinin (MM) növbəti plenar iclası martın 6-da keçiriləcək.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, iclasın gündəliyinə 17 məsələnin müzakirəsi təqdim edilib.

“İclasda ilk olaraq İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2014-cü il üzrə illik məruzəsi dinləniləcək. Daha sonra Azərbaycan hökuməti ilə Norveç krallığı arasında 2 sazişin təsdiq edilməsi, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qərarda dəyişiklik edilməsi, Su, Torpaq, Cinayət və İnzibati Xətalar Məcəlləsində dəyişiklik, "Ovçuluq haqqında", "Heyvanlar aləmi haqqında", "Dini etiqad azadlığı haqqında", "Dərman vasitələri haqqında" və "Siyasi partiyalar haqqında" qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur. İclasda, həmçinin "Vətəndaşların müraciətləri haqqında" qanun layihəsi I oxunuşda müzakirə olunacaq”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti