ABŞ polisi `bomj`u güllələdi - VİDEO

ABŞ polisi `bomj`u güllələdi - VİDEO
  02 Mart 2015    Oxunub:1849
ABŞ-ın Los Anceles şəhərində polis “bomj”u güllələyib.

AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, həmin şəxs saxlanılma zamanı polisə müqavimət göstərib.

İnsident videokameralar vasitəsilə görüntülənib. Hadisə şahidləri həmin videonu “Facebook”da paylaşıblar. Görüntülərdə bir neçə polisin “bomj”la mübahisə etdərək onu yerə yıxmaları əks olunub. Videoda polisin həmin şəxsə beş dəfə atəş açması aydın şəkildə eşidilir.

Hadisədən sonra güllələnən şəxs xəstəxanaya aparılıb. Daha sonra o, xəstəxanada ölüb. Bir neçə saat ərzində on minlərlə şəxsin həmin videonu izlədiyi bildirilir.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti