Azərbaycandan İzabel Santoşa sərt şillə

Azərbaycandan İzabel Santoşa sərt şillə
  02 Mart 2015    Oxunub:2715
“İzabel Santoş insan haqlarının qorunmasına yox, öz personasına diqqət çəkir”.

Bunu AzVision.az-a açıqlamasında ATƏT-in Parlament Assambleyasında (PA) Azərbaycanın nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

Vitse-spiker ATƏT PA-nın Demokratiya və İnsan Hüquqları Komitəsinin rəhbəri İzabel Santoşun Azərbaycanda vətəndaş cəmiyyəti və jurnalistlərə münasibətlə bağlı ittihamlarına cavab verib.

B.Muradovanın fikrincə, Santoşun bəyanatı Azərbaycana qarşı qərəzli mövqedən irəli gəlir:

“Ayrı-ayrı ölkələrdə, beynəlxalq təşkilatlarda müəyyən şəxslər var ki, bu kimi hadisələr onlar üçün göydən düşmədir. Bu, onlara beynəlxalq kariyera pillələrində irəliləmək üçün lazımdır. Mən hesab edirəm ki, İzabel Santoş da məhz bu kimi hadisələrdən həqiqi mənada insan haqlarının qorunması üçün yox, öz personasına diqqət çəkmək üçün istifadə edir. Bu tip məslələr ATƏT PA-da dəfələrlə qaldırılıb. Onların da mahiyyətində insan haqlarının qorunması yox, bir sıra siyasi məqsədlərin güdüldüyü açıq-aşkar ortadadır”.

Vitse-spiker İzabel Santoşun ittihamlarının əsassız olduğunu hesab edur: “Əgər insan haqlarının qorunması elə bir prioritet məsələdirsə, təkcə İzabel Santoş deyil, bu tip açıqlamalarla gündəmi zəbt edən insanlar Xocalı soyqrımının il dönümünün qeyd olunduğu bu ərəfədə bu hadisələr zamanı həyatını itirən, işgəncələrə məruz qalan insanların da adını çəkərdilər. Yoxsa əməllərində müəyyən cinayət tərkibi olan insanların hüquq mühafizə orqanları tərəfindən qanunun aliliyi əldə rəhbər tutularaq mühakimə edilməsi şəraitində, ayrı-ayrı fərdlərin “hüquqlarının” qorunması üzərində öz kariyerlarını qurmazdılar”.

Qeyd edək ki, İzabel Santoş bəyanatında Azərbaycanda insan haqlarının pozulduyunu, jurnalistlərin təqibə məruz qalığını iddia edib.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti