Şad xəbər: Siqaret ucuzlaşdı

Şad xəbər: Siqaret ucuzlaşdı
  02 Mart 2015    Oxunub:7061
Azərbaycanda siqaretin qiyməti ucuzlaşıb.
AzVision.az-ın xəbərinə görə, bu gündən başlayaraq paytaxt mağazalarında tütün məmulatları əvvəlki qiymətlərlə satışa çıxarılıb.

Belə ki, ötən günə kimi 2 manat 30 qəpiyə satışa çıxarılan “Kent” markalı siqaret bu gün 1 manat 60 qəpiyə endirilib.

Mağazada çalışanlar bildirirlər ki, qiymətlərin aşağı salınması haqda onlara tapşırıq verilib.

Qeyd edək ki, manatın ucuzlaşmasından sonra bir sıra məhsullarla yanaşı siqaretin də qiymətində bahalaşma hiss olunurdu. Əvvəlki ilə müqayisədə qiymətlər 70, 80 qəpik qaldırılmışdı.


Teqlər:  





Xəbər lenti