Bakı XIX əsrə qayıtdı...- Fotolar

Bakı XIX əsrə qayıtdı...- Fotolar
  01 Mart 2015    Oxunub:6380
Bakıda Qurban Səidin məşhur əsəri “Əli və Nino” romanı əsasında eyniadlı filmin çəkilişləri başlayıb.
AzVision.az xəbər verir ki, çəkiliş meydançasından fotoları “Facebook” istifadəçisi Tofiq Sadıxov paylaşıb:

“Səhər işə gələndə özümü zaman maşınında hiss etdim. Səadət sarayını keçəndən sonra gözlərimə inana bilmirdim. Bir anda ətrafımdakı binalar, insanlar, əşyalar XIX əsrə qayıtdı. Sankı zaman tunelində səyahət edib 2 əsr əvvələ düşdüm. Cins Qarabağ atları, faytonlar, XIX əsr insanları, yeni peyda olmuş və neft maqnatlarına məxsus ilk avtomobillər... Bütün bunları canlı görmək ayrı bir zövqdür...”

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti