Ordumuz itki verməyib - Müdafiə Nazirliyi təkzib etdi

Ordumuz itki verməyib - Müdafiə Nazirliyi təkzib etdi
  01 Mart 2015    Oxunub:1760
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan KİV-lərinin guya şənbə günü günorta saatlarında ölkə Silahlı Qüvvələrinin itkilər verdiyi barədə yaydığı məlumatı təkzib edir.
Bunu trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

V. Dərgahlı bildirib: “Ermənistan KİV-lərinin guya Azərbaycan Silahlı Qüvvələrinin itkilər verdiyi barədə yaydığı məlumat həqiqətə uyğun deyildir”.

Ermənistan KİV-ləri, həmçinin hərbi toqquşma zamanı Ermənistanın iki hərbçisinin – Artak Sedrakoviç Agekyan (1979-cu il) və Ayk Qrioqoroviç Baroyan (1995-ci il) – öldürüldüyü barədə məlumat yayıblar.


Teqlər:  





Xəbər lenti