“Nemtsovla yemək yeyərkən rastlaşdıq...” – Fazil Mustafa

“Nemtsovla yemək yeyərkən rastlaşdıq...” – Fazil Mustafa
  28 Fevral 2015    Oxunub:10429
“Boris Nemtsovun ölümü Rusiyada vəziyyətin ciddiliyini bir daha ortaya qoydu. Nədənsə bu ölüm mənə Kirovun ölümünü xatırlatdı”.
AzVision.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Rusiyada qətlə yetirilən müxalifət liderilə bağlı xatirələrini bölüşərkən bildirib:

“Bu qətlə Rusiyada yeni siyasi proseslərin başlanğıcı kimi də baxmaq olar. Siyasi müxalifətin gözünü tamamilə qorxutmağa bənzəyir. Nemtsovu ilk və son dəfə Strasburqda gördüm. Liberal qrupda çıxışını xatırlayıram. Deyirdi ki, "Putin Abramoviç kimi yaşayıb, Stalin kimi idarə etmək istəyir. Axşam təsadüfən şəhərin restoranlarının birində yemək yeyərkən də rastlaşdıq. Ümumi şəkildə zarafat da etdi. Yanında gənc bir xanım da vardı. Dəqiq bilmirəm, bu ölərkən yanında olan model idi, yoxsa başqasıydı. Hər halda mənə simpatik təsir bağışlayırdı. Xüsusilə Ukrayna xalqına dəstəyinə görə düşünürəm ki, hər zaman rəğbətlə xatırlanacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti