`Qarabağın azad olunacağı gün yaxınlaşır`- Zakir Həsənov

`Qarabağın azad olunacağı gün yaxınlaşır`- Zakir Həsənov
  28 Fevral 2015    Oxunub:2182
Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissədə olub və nazirliyin rəhbərliyinin iştirakı ilə komandir heyəti ilə toplantı keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, toplantıda birlik, birləşmə, hərbi hissə komandirləri və qərargah rəisləri iştirak ediblər.

Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən müşavirədə Silahlı Qüvvələrdə döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlər müzakirə edilib.

Müdafiə naziri tərəfindən döyüş qabiliyyətinin daha da yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti