`Qərb Nemtsovun qətlindən Putinə qarşı istifadə edəcək` - Qorbaçov

`Qərb Nemtsovun qətlindən Putinə qarşı istifadə edəcək` - Qorbaçov
  28 Fevral 2015    Oxunub:2817
`Bəzi dairələr Boris Nemtsovun qətlindən öz məqsədləri üçün istifadə edəcəklər. Həmin şəxslərin əsas məqsədləri Rusiya Prezidenti Vladimir Putindən yaxa qurtarmaqdır`

AzVision.az xəbər verir ki, bu fikirləri SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçov bildirib. Qorbaçovun sözlərinə görə, qətlin kimin tərəfindən törədildiyini indi demək çox çətindir: `Nəticləri gözləmək lazımdır. İlk öncə cinayətkarı tapmaq lazımdır. Belə cinayəti törədənlər isə gec tapılır. Onun tapılması üçün var güclə çalışmaq lazımdır.

Müəyyən güclər var ki, onlar bu cinayətdən öz hədəflərinə çatmaq üçün istifadə edəcəklərini düşünürlər. Onların bütün fikirləri Putindən necə yaxa qurtarmağın yollarını axtarmaqdır. Qərb bu qətldən yetərincə istifadə edəcək. O, yaxşı insan idi. Onun qətli hər kəsin hisslərinə toxundu. Mən buna görə çox narahatam`,-deyə Qorbaçov qeyd edib.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti