Evinə basqın edilən yəhudi lider istefa verdi

Evinə basqın edilən yəhudi lider istefa verdi
  28 Fevral 2015    Oxunub:1753
Azərbaycan “Dağ yəhudiləri” dini icmasının sədri Boris Simanduyev istefa verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, fevralın 26-da Quba rayonu Qırmızı qəsəbədə dağ yəhudilərinin iştirakı ilə keçirilən mərasimdə 21 il icmaya rəhbərlik etmiş Boris Simanduyev yaşının çox olması səbəbindən istefasını istəyib.

İclasda Qırmızı qəsəbə sakini Yurik Niftəliyev “Dağ yəhudiləri” dini icmasının yeni sədri seçilib. 44 yaşlı Y. Niftəliyev Simferopolda Tibb Universitetində təhsil alıb və qəsəbədə əczaçı olaraq çalışır.

Xatırladaq ki, 2013-cü ildə Boris Simundayev 80 illik yubileyini qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev onu Azərbaycan Respublikasında xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edib.

Qeyd edək ki, ötən ilin dekabr ayında Boris Simanduyevun evinə basqın olub. Evdən özünə və sinaqoqa məxsus 120-130 min manat pul, eləcə də qızıl-zinət əşyaları oğurlanmışdı..


Teqlər:  





Xəbər lenti