Prezidentin kürəkəninin qalmaqallı ölüm səbəbi

Prezidentin kürəkəninin qalmaqallı ölüm səbəbi
  28 Fevral 2015    Oxunub:2038
Avstriya baş prokurorluğu həbsxanada ölən Rahat Əliyevin qanında narkotik maddə aşkar edildiyini bəyan edib.
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev fevralın 24-də həbsxanada asılmış tapılıb. Onun 52 yaşı var idi.

Avstriya mətbuatının yazdığına görə, tibbi ekspertiza zamanı onun qanında “Barbiturates” maddəsi aşkar edilib.

Bu vasitədən Avstriyada dərman kimi istifadə edilməsi qadağan olduğundan, onu həbsxana həkimininin yazdığını güman edilmir. Prokurorluq bildirib ki, dəqiq nəticələr yaxın günlərdə elan ediləcək.

Qeyd edək ki, Rahat Əliyev ötən ilin iyunundan Avstriyada həbsdə idi. Qazaxıstan onu 2007-ci ildə iki bankirin qətlində ittiham edib və dəfələrlə ölkəyə təhvil verilməsini tələb etsə də rədd cavabı alıb. (Ans)


Teqlər:





Xəbər lenti