`Avropa Oyunları üçün ayrılan pullar yoxlanılır`
“İlk növbədə Avropa Olimpiya Komitələrinin (AOK) 2012-ci il dekabr ayında Bakının birinci Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı verdiyi qərarından irəli gələn öhdəliklər barədə bütün Azərbaycan xalqının da məlumatlı olmasını istərdim. Bu öhdəliklərə I Avropa Oyunlarına qatılan hər bir iştirakçı ölkənin Milli Olimpiya Komitəsinə ev sahibi tərəfindən maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub.
Eyni zamanda bildirirəm ki, bundan öncə keçirilmiş London, Soçi və digər Olimpiya Oyunları üçün də belə öhdəliklər mövcud olub. Beynəlxalq idman aləmində bu təcrübə geniş yayılmış və hər hansı bir istisna halı kimi qəbul edilməməlidir”.
Nazir qeyd edib ki, Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi xalqımıza mənfəət gətirəcək, eləcə də ölkəmizin dünya arenasında daha da möhkəmlənməsinə yardım edəcək: "Oyunları izləyən beynəlxalq tamaşaçı kütləsi sürətlə inkişaf edən ölkələrdən biri olan Azərbaycanı bir daha tanımaq şansı əldə edəcək. Bildirmək istərdim ki, oyunlar üçün ayrılmış və xərclənən maliyyə vəsaiti ciddi şəkildə yoxlanılır və bu barədə ictimaiyyətə mütəmadi məlumatlar verilir”.