Nazirdən xəbərdarlıq: `Qiymət artıranlar cəzalandırılacaq`

Nazirdən xəbərdarlıq: `Qiymət artıranlar cəzalandırılacaq`
  27 Fevral 2015    Oxunub:2076
Gübrələrin qiymətinin süni artırılmasına yol verilməməlidir. Bu gübrələr 6-7 ay bundan əvvəl alınıb və hazırda anbarlardadır. Ona görə də gübrənin qiymətinin artırılması üçün heç bir əsas yoxdur.
Bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov Qax şəhərində jurnalistlərə müsahibəsində deyib.

Nazir qeyd edib ki, bir müddət əvvəl gübrə tədarükü və satışı ilə məşğul olan sahibkarlarla toplantı keçirilib. “Onlara xəbərdarlıq olunub ki, süni qiymət artımına yol versələr, ciddi şəkildə cəzalandırılacaqlar. Sahibkarlar qiymət artımının olmayacağını bildiriblər. Daxil olan məlumatlara görə, hələlik bu sahədə iş normal qaydada davam edir”, - deyə H.Əsədov diqqətə çatdırıb.




Teqlər:  





Xəbər lenti