Bakıda `Aston Martin` neçəyə satılacaq?

Bakıda `Aston Martin` neçəyə satılacaq?
  27 Fevral 2015    Oxunub:6431
Bakıda “Aston Martin” avtomobillərinin satışına başlanacaq.
AzVision.az-ın məlumatına görə, “Aston Martin” avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi “Avtolux Azerbaijan” şirkəti olacaq. Şirkətin rəhbəri Əliəkbər Tahiri fins.az-a bildirib ki, Bakıda “Aston Martin” avtomobilinin “DB9”, “Vantage”, “Vanquish”, “Rapide S” modelləri satılacaq.

Qeyd edək ki, bu avtomobillərin qiyməti 191-307 min dollar və ya 129 -322 min manat arasındadır.

Xatırladaq ki, “Avtolux Azerbaijan” şirkəti ötən ildən Azərbaycanda “Ferrari” və “Lombraghini” avtomobillərinin satışını həyata keçirir.


Teqlər:  





Xəbər lenti