`Ermənistan əməkdaşlığa getməlidir` - Rəsmi Bakı
AzVision.az xəbər verir ki, bu fikirləri fevralın 27-də keçirdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, Ermənistan bu məsələdə açıqlıq nümayiş etdirməli, humanizm prinsipindən çıxış edərək həmin insanların taleyinə aydınlıq gətirməlidir. Təəssüf ki, rəsmi Yerevan bu məsələdə də qeyri-konstruktiv, qeyri-humanist siyasət həyata keçirir. İndiyə qədər Ermənistan tərəfindən bu məsələ ilə bağlı əməkdaşlığa hazırlıq ifadə olunmayıb.
Mətbuat xidməti rəhbərinin sözlərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanın işğal edilmiş torpaqlarında və Ermənistan ərazisində əsir və girov götürülmüş insanların qətlə yetirilərək basdırıldığı kütləvi məzarlıqlar var. Azərbaycanda ailələr var ki, onlar övladlarının, yaxınlarının taleyi barədə hələ də məlumat gözləyirlər. Ermənistanın üzərinə beynəlxalq hüquqi məsuliyyətlə yanaşı, həm də bir mənəvi məsuliyyət düşür. Əsir və girovların ölüm halları olduqda sonradan DNT analizi vasitəsilə onların şəxsiyyətlərinin müəyyən edilməsi ilə bağlı dünya təcrübəsi mövcuddur. Ermənistan bu insanların taleyi məsələsində əməkdaşlığa getməlidir. Təəssüf ki, münaqişənin həlli prosesində yürütdüyü qeyri-konstruktiv siyasətinə əməl edən Ermənistan bu sahədə də əməkdaşlıqdan boyun qaçırır.
AzVision.az
Teqlər: