“Oskar” sahibinin 150 minlik paltarını oğurladılar – FOTOLAR

“Oskar” sahibinin 150 minlik paltarını oğurladılar – FOTOLAR
  27 Fevral 2015    Oxunub:3021
Hollivud aktrisası Lyupita Nionqo oğurluğun qurbanı olub.
AzVision.az-ın Rusiya KİV-nə istinadən xəbər verir ki, “12 il quldarlıq” filmindəki roluna görə “Oskar” alan aktrisanın mirvari ilə bəzədilən paltarı oğurlanıb.

Məlumata əsasən hadisə Los Anceles şəhərində yerləşən “London West Hollywood” otelində baş verib. Polisin məlumatına görə, cinayətkarlar aktrisanın oteldə olmamasından istifadə edərək onun otağına daxil olub. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları müşahidə kameralarındakı görüntüləri nəzərdən keçirirlər.

Qeyd edək ki, keniyalı aktrisa fevralın 23-də baş tutan 87-ci `Oskar` mərasiminə qatılıb. Geyimin dəyərinin 150 min dollar olduğu bildirilir.

Lyupita Nionqo 2013-cü ildə böyük ekranda debüt edib. O, Stiv Makkunin “12 illik” quldarlıq filmində əsas rollardan birini ifa edib. Akrisa bu filmdə Çivetel Edjiofor, Maykl Fassbender, Benedikt Kemberbetç, Sara Polsun və Bredd Pittlə birgə çəkilib.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti