26 fevralda doğulanlar

26 fevralda doğulanlar
  26 Fevral 2015    Oxunub:5312
Səfurə Çərkəzqızı

26 fevralda doğulanlar!
“Qara gündə doğulmuşam”,– deyib dərd eləməyin!
Bu tarixdə öldüyümüz yetər! Bizə ölmək yox, doğulmaq gərəkdir!


Öldürülən 613 soydaşımızın:

Müharibə, güllə, ölüm nə ölduğunu hələ anlayacaq yaşda olmayan 63 körpənin…

Dirilərin gözündə bəxti gətirənlərin - öldürülən 106 qadının…

Düşmənin düşmənliyini illər öncə bağışlayıb, unudan 70 ahılın…

Yer üzündən kökü kəsilən 8 ailənin…

Bir gecənin içərisində qismətinə “yetim” sözü yazılan 155 uşağın…

İşgəncənin, dəhşətin son həddini - iniltisini eşidən, qan rəngini görən 1275 əsir soydaşımızın…

487 şikəstin…

Uşaqlığı, cəncliyi, arzuları ömürlük şikəst olan qızlarımızın, analarımızın…

Bətnindən balası zorla çıxardılan hamilə qadınlarımızın…

Öldürülən Xocalının

Xocalıların yerinə!

Düşmənin soyumuzu kəsmək istəyinə inad…

DOĞULMALIYIQ!

Özü də bu gün!

O zaman 26 fevralda doğulanlar! Doğum gününüz mübarək!


Teqlər:  





Xəbər lenti