Ərzaq məhsulları ucuzlaşdı - Rəsmi məlumat

Ərzaq məhsulları ucuzlaşdı - Rəsmi məlumat
  25 Fevral 2015    Oxunub:14222
İqtisadiyyat və Sənaye Nazirliyi ərzaq məhsullarının satış qiymətinin artırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, istehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə intensiv nəzarət tədbirləri davam etdirilir.

Aidiyyəti dövlət qurumları ilə birlikdə görülmüş tədbirlər nəticəsində əsas ərzaq məhsullarının və dərman preparatlarının satış qiymətlərinin əvvəlki səviyyədə saxlanılması təmin edilib.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir daha xəbərdarlıq edir ki, süni qiymət artımına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti