Bakıda məscidin yanında partlayış - 2 yaralı
Partlayış nəticəsində 25 yaşlı Sayılov Elşən Rövşən oğlu və onun yaxın qohumu 53 yaşlı Sayılov Qabil Vəliyulla oğlu xəsarət alıblar.
Hər iki zərərçəkən dəmir məmulatların hazırlandığı sexin işçiləridir, partlayış da məhz burada baş verib.
Zərərçəkənlər Respublika Yanıq Mərkəzinə çatdırılıblar. Elşən Sayılovun vəziyyəti həkimlər tərəfindən kritik qiymətləndirilib.
İstintaq zamanı müəyyən edilib ki, partlayışa səbəb qaynaq zamanı içində alışan maddə olan plastik çənə qığılcımın düşməsi olub.
Partlayış nəticəsində yanğın baş verib. 30 kvadrat metr sahə yanıb. Bildirilib ki, FHX alovu artıq söndürüb.
AzVision.az