Google `tvit`ləri də axtaracaq

Google `tvit`ləri də axtaracaq
  11 Fevral 2015    Oxunub:3781
Google ilə Twitter-in əldə etdikləri razılaşmağa görə, dünyanın məşhur axtarış sistemi mikrobloqlarda yazılan tvitlər arasında da axtarış aparacaq.

2015-ci ilin ortalarına qədər Twitter-də axtarış nəticələrinin Google-da göstərilməsi alqoritminin tətbiqi başa çatacaq. Bu, asan iş deyil, çünki hər gün 500 tvit yazılır. Onları filtrasiya etmək və relevant olanlarını seçmək lazımdır.

Ekspertlər bu qərarın istifadəçiləri daha çox tvit yazmağa həvəsləndirəcəyi qənaətindədirlər.

Qeyd edək ki, bu xəbərdən sonra Twitter-in səhmləri qalxmağa başlayıb və şirkətin kapitallaşması hazırda $25,84 milyarddır. Amma hələ ki, investorlara 1.8 milyard dollar borcu olan Twitter gəlir gətirmir.

Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti