NASA-dan unikal VİDEO: Ayın görünməyən tərəfi

NASA-dan unikal VİDEO: Ayın görünməyən tərəfi
  07 Fevral 2015    Oxunub:13482
Amerika Milli Kosmik Agentliyi (NASA) Yerin təbii peykinin görünməyən tərəfinin unikal videosunu yayıb. Videonun hazırlanmasında `Reconnaissance Orbiter Lunar (LRO)` aparatının çəkdiyi görüntülərdən istifadə olunub.

Videodan aşkar görünür ki, Ayın əks tərəfinin mənzərələri bizə tərəf olan üzündən kəskin fərqlənir. Belə ki, əks tərəfdə bizim görməyə adət etdiyimiz qara `ləkələr` demək olar ki, yoxdur, amma müxtəlif ölçülü çoxlu kraterlər var.

LRO - Orbital Ay Zondu,- NASA-ya məxsus olan planetlərarası avtomatik stansiyadır, Ayın süni peyki rolunu yerinə yetirir. O, 2009-cu ildə "Атлас V" daşıyıcı raketi vasitəsilə kosmosa çıxarılıb.



Tariyel Həsənov
AzVision.az



Teqlər:  





Xəbər lenti